Bərdədə yolu keçmək istəyən qadını maşın vurdu

berdede-yolu-kecmek-isteyen-qadini-masin-vurdu
Oxunma sayı: 1707

Bərdədə yolu keçmək istəyən qadını avtomobil vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bərdə rayon Gərənə kəndində baş verib.

Yolu keçmək istəyən Bərdə rayon Cəyərli kənd sakini 1963-cü il təvəllüdlü Hüseynova Şölə Haqverdi qızını  "Mercedes"markalı minik avtomobili vurub. Xəsarət alan Ş.Hüseynova təcili tibbi yardım briqadasının koməkliyi ilə  rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır  olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli