Bərdədə yüzüncü kəndə qaz verildi - Fotolar

berdede-yuzuncu-kende-qaz-verildi
Oxunma sayı: 1409

Mayın 3-də Bərdə rayonunun Mehdili və Cumalar kəndlərində təbii qaz verlişinə həsr edilmiş açılş tədbirləri keçirilib.

Qafqazinfo” xəbər verir ki, həmin tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirləri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, cari ilin ötən dövründə rayonda 128,1 km müxtəlif diametrli qaz xətləri çəkilərək 6 kənd qazlaşdırılıb, 1116 abonentə təbii qaz verilib, bu gün daha 2 kəndə təbii qaz verilir. Yaxın vaxtlara rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və rayonumuz respublikamızda tam qazlaşmış ilk rayon olacaq.

Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri təbii qaz verilişi ilə əlaqədar təbrik edib.

Tədbirin sonunda Vidadi İsayev, Zahid Oruc və “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov sakinlərlə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırıblar.