Bərdədə zəlzələ oldu

berdede-zelzele-oldu
Oxunma sayı: 1542


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, 15 iyun 2015-ci il tarixində Bakı vaxtı ilə saat 07:00-da Bərdə rayonunun inzibati mərkəzindən 14 km şimal-qərbdə zəlzələ qeydə alınıb. 

Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3,0 bala qədər hiss olunub. 

İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.