Bərdədə zəncirvari qəza, yaralananlar var - Fotolar

berdede-zencirvari-qeza-yaralananlar-var
Oxunma sayı: 2526

Bərdə rayonunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21011” markalı avtomobillə “Mercedes“ və “VAZ-21-099” markalı avtomobillər bir-birinə deyib. Qəza zamanı “VAZ-21011” markalı avtomobilin sürücüsü və 2 sərnişini müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.