"Qafqazinfo"ya daxil olan məlumata görə, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev görüşdə Bilik Fondunu 1 yaşının tamam olması münasibətilə təbrik edib, qurumun xoşməramlı layihələrinin cəmiyyətdə razılıqla qarşılandığını bildirib. O, bərdəli qonaqlara Şamaxının tarixinə aid hədiyyələr təqdim edib.
Bərdəli şagirdlər Cümə məscidində, Müəllimlər İnstitutunun Şamaxı filialında, Tarix-Diyarşünaslıq Muzeyində olublar. Onlar, həmçinin M.Ə.Sabirin məqbərəsini, ev muzeyini, bu il anadan olmasının 180 ili tamam olan Seyid Əzim Şirvaninin məzarını ziyarət ediblər. Məktəblilər Şamaxı Rayon İncəsənət Təhsili Mərkəzində dahi alman bəstəkarı İohan Sebastyan Baxın 330 illiyinə həsr olunan konsertə də baxıblar.
Məktəblilər, həmçinin Fövqəladə Hallar Nazirliyinin şəhərdəki hərbi hissəsində olublar.
Son xəbərlər
Son Xəbərlər