Bərdəyə kasetli raketlər atılıb, yaralıların sayı 13-ə çatdı - Fotolar

berdeye-kasetli-raketler-atilib-yaralilarin-sayi-13-e-catdi
Oxunma sayı: 3343

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H.Hacıyev vurğulayıb.