Bərdəyə raket hücumu nəticəsinə ölənlərdən biri uşaqdır - Yenilənib

berdeye-raket-hucumu-neticesine-olenlerden-biri-usaqdir
Oxunma sayı: 5057

Prezidentin köməkçisi Hikmət Hacıyev ermənilərin Bərdəyə raket atması ilə bağlı paylaşım edib. 

"Qafqazinfo" xəbər verir ki, H. Hacıyev bu barədə öz tvitter hesabında yazıb. O qeyd edib ki, Ermənistanın hərbi cinayətləri dayandırılmalıdır: 

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi vəhşicəsinə pozaraq Azərbaycanın Bərdə bölgəsinin mülki sakinlərinə qarşı raket hücumları həyata keçirib. Bu dəhşətli hücum nəticəsində bir mülki şəxs öldü və dörd mülki şəxs yaralandı",-deyə Hikmət Hacıyev qeyd edib.

***

H. Hacıyev məlumatı yeniləyərək qeyd edib ki, ölənlərin sayı 3-ə çatıb, qadın və uşaqlar da daxil olmaqla daha 10 nəfər yaralanıb. 

"Humanitar atəşkəsi pozmaqla Ermənistan müntəzəm hərbi itkilərini kompensasiya etmək üçün mülki insanları öldürərək müharibə cinayətlərinə üz tutur",-deyə Prezidentin köməkçisi əlavə edib.

***

H. Hacıyev Bərdəyə raket hücumu nəticəsində həlak olanlardan birinin azyaşlı olduğunu bildirib.

"Ermənistanın Azərbaycanın Bərdə bölgəsinə etdiyi raket hücumu nəticəsində ölənlər arasında bir balaca uşaq da var. Uşaq öldürmə siyasəti və Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə cinayətləri davam edir. Baş vermiş yanğın fhn əməkdaşları tərəfindən söndürülür",-deyə Prezidentin köməkçisi qeyd edib.

***

H.Hacıyev Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayının 4-ə çatdığını bildirib. O qeyd edib ki, 4 nəfər həlak olub, 13 mülki şəxs yaralanıb.