Ərdoğan Azərbaycana qəfil səfər edə bilər

erdogan-azerbaycana-qefil-sefer-ede-biler
Oxunma sayı: 799

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq şurası ilə əlaqədar Türkiyənin baş nazirinin Azərbaycana səfəri ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə qardaş ölkə olduğundan səfərlər gözlənmədiyi halda da baş tuta bilər: “Baş nazir mayın 9-da İstanbulda ən az inkişaf etmiş ölkələrin konfransına qatıldı, bunu gözləyirdiniz? Qardaş ölkələr arasında gözlənilməz səfərlər ola bilər”.
Hülusi Kılıç həmçinin “Nabukko” layihəsi ilə bağlı görüşlərin davam etdiyini və yaxın həftələr ərzində müəyyən nəticə əldə olunacağını deyib.

Nərgiz Ehlamqızı