Ərdoğan xəstəxanadan çıxdı

erdogan-xestexanadan-cixdi
Oxunma sayı: 643

Həzm sistemi əməliyyatının ikinci və son mərhələsinin həyata keçirildiyi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xəstəxanadan evə buraxılıb. Məlumata görə, baş nazir əməliyyat olunduğu “Medipol” xəstəxanasından yerli vaxtla 21.20-də (Bakı vaxtıyla 23.20) mülki dövlət nömrə nişanlı avtomobillə ayrılıb. Ərdoğanın Üsküdar rayonu Kısıklı məhəlləsindəki evinə getdiyi bildirilir.

Xatırladaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğan keçən il noyabrın 26-da həzm sistemində olan əməıliyyatın davamı kimi feralın 10-da axşam radələrində yenidən əməliyyat olunub. Baş nazirlikdən yayılan rəsmi açıqlamada əməliyyatın ikinci və son mərhələsinin böyük uğurla başa çatdığı bildirilib.

anspress