Berdyanskda iki güclü partlayış olub

berdyanskda-iki-guclu-partlayis-olub
Oxunma sayı: 2622

Ukraynanın Zaporojye vilayətinin Berdyansk şəhərində partlayış səsləri eşidilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov teleqram kanalında məlumat verib.

“Berdyanskda səs-küy var! Saat 19:45-də şəhərdə iki güclü partlayış olub”,- deyə Roqov qeyd edib.