Berdyanskdan taxıl yüklü ilk gəmi yola düşdü

berdyanskdan-taxil-yuklu-ilk-gemi-yola-dusdu
Oxunma sayı: 1581

Bir neçə aylıq fasilədən sonra Ukraynanın Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi limanı tərk edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Zaporojye vilayətinin Hərbi-mülki Administrasiyasının rəhbəri Yevgeni Baliçkiy açıqlayıb.

Onun sözlərinə görə, gəmidə 7 min ton taxıl var və o, “dost ölkələrə” yollanıb.