Beren bütün iddialara bu foto ilə son qoydu

beren-butun-iddialara-bu-foto-ile-son-qoydu
Oxunma sayı: 3304

Türkiyəli aktrisa Beren Saat müğənni həyat yoldaşı Kənan Doğuludan boşanacağı ilə bağlı iddialara son qoyub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, o, Hacəttəpə Universiteti tərəfindən təşkil edilən mərasimdə “Ən yaxşı kişi musiqi sənətçisi” mükafatını alan həyat yoldaşını sosial mediada təbrik edib.

O, Doğulunun paylaşdığı fotoya ilk şərh yazan şəxs olub və “Alqış” emojisi qoyub.

Aktrisa verdiyi açıqlamada da boşanmayacağını deyib.

Qeyd edək ki, Beren Saat 15 gün öncə düşünmək üçün zamana ehtiyacı olduğunu bildirmişdi.