Türkiyənin məşhur cütlüyü - müğənni Kənan Doğulu və aktrisa Beren Saatın boşanacağı ilə bağlı yeni iddialar ortaya atılıb.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, iddia “Kanal D”də yayımlanan “2-ci səhifə” verilişində səsləndirilib.
Verilişdə cütlüyün boşanma mərhələsində olduğu bildirilib. Kənanın evliliyini xilas etməyə çalışdığı, Berenin isə ayrılmaq istədiyi qeyd edilib.
Xatırladaq ki, cütlüyün ayrılacağı ilə bağlı ötən ilin iyulunda da xəbərlər yayılmışdı.
Qeyd edək ki, 2012-ci ildən birlikdə olan Kənan və Beren 2014-cü ildə ailə qurub.
Son xəbərlər
Son Xəbərlər