Beren “Kösem”ə çarə ola bilmədi - Reytinq düşdü

beren-koseme-care-ola-bilmedi
Oxunma sayı: 3475

“Muhteşem Yüzyıl:Kösem” serialı yenidən “reytinq bataqlığına” düşüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, tarixi serial reytinq sıralarında 8-ci sırada qərarlaşıb.

“Muhteşem Yüzyıl:Kösem” AB qrupunda 4-cü sırada, Total siyahısında isə 15-ci sırada öz yerini alıb.

Qeyd edək ki, serialı ərsəyə gətirən “TİMS” şirkəti reytinq səbəbindən aktrisa Beren Saatı 2 bölüm qabaq tamaşaçılar qarşısına çıxarmışdı. Beren Saatın yer aldığı ilk bölüm 9 pillə irəliləmişdi. Lakin serialın sonuncu bölümü reytinq baxımından yenidən geriləməyə başladı.