Beren məhkəmədə uddu - 220 min təzminat aldı

beren-mehkemede-uddu
Oxunma sayı: 2904

Aktrisa Beren Saat ilə GSM şirkəti arasında baş verən məhkəmə çəkişməsi başa çatıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Fatmagülün suçu ne?” serialında Berenin görüntüsündən icazəsiz istifadə etməsi şirkətə baha başa gəlib.

Aktrisa şirkətdən 220 min türk lirəsi dəyərində təzminat alıb.

Məhkəmənin təqdim etdiyi hesabatda deyilir:

“Beren Saatın sözüedən serialda oynayıb və şirkətin də həmin kadrlardan icazəsiz istifadə etməsi qanunsuzluqdur. Bu hadisə ticarət xüsusiyyətli olub, GSM şirkəti cəzalandırılıb”.

 Qeyd edək ki, iki il əvvəl GSM şirkəti serialdan bir kadrı öz reklam filmində istifadə etmişdi. Beren Saat məsələ ilə bağlı İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsinə müraciət etmiş, 220 min lirə dəyərində təzminat tələb etmişdi.