Beren Saat mühasibini həbs etdirdi

beren-saat-muhasibini-hebs-etdirdi
Oxunma sayı: 3822

Məşhur aktrisa Beren Saat mühasibi Məhərrəm Arazı məhkəmədə udub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, proses 11-ci İstanbul Cəza Məhkəməsində baş tutub.

Məhkəməyə şikayətçi Beren Saat və Məhərrəm Araz qatılmayıb, onların vəkilləri prosesdə iştirak ediblər.

Aktrisa vergi dairəsinə ödəməsi üçün verdiyi 78 min TL-ni mənimsəyən mühasibini həbs etdirib. Məhkəmənin qərarı ilə Mərhərrəm Araz “Etibardan sui-istifadə” maddəsi ilə 1 il 3 ay azadlıqdan məhrum olunub.

Qeyd edək ki, müshasib vergini ödəmədiyi üçün Beren Saatın adı vergi borcluları siyahısına salınmış, 18 min 688 tür lirəsi dəyərində cərimə ödəmişdi.

Aktrisa Məhərrəm Arazın 7 ilədək həbs olunması istəyi ilə məhkəməyə müraciət etmişdi.