Beren Saata heykəl qoyulur - Fotolar

beren-saata-heykel-qoyulur
Oxunma sayı: 3838

Londonda heykəllərdən ibarət muzey- “Madame Tussauds” İstanbulda şöbəsi açılır.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə heykəl muzeyinin administratoru Merlin Grup məlumat verib.

Dünyada müxtəlif şöbələri olan muzeydə Mustafa Kamal Atatürkdən Obamaya, Elvis Presleydən Mandelaya, Madonnadan Brad Pittə, Lady Gagadan Riki Martinə kimi yüzlərlə məşhurun heykəlləri var.

Muzey İstanbuldakı Grand Pera Ticarət Mərkəzində fəaliyyət göstərəcək. Muzey üçün heykəli qoyulan məşhurların adları da açıqlanıb.

Onlar Demet Akbağ, Hülya Avşar, Tarkan, Kıvanç Tatlıtuğ, Beren Saat və Mazhar-Fuat Özkandır.