Türkiyənin məşhur aktrisası Beren Saat müğənni həyat yoldaşı Kənan Doğulu ilə boşanmaqları barədə yayılan şayiələrə nöqtə qoyub. “Qafqazinfo” xəbər verir ki, o, instaqram səhifəsində Kənanla fotolarını paylaşaraq pop ulduzun ad gününü təbrik edib.
Bundan əlavə, aktrisa Kənanla problem yaşadığını da etiraf edib: ““Mən oyun dostumu tapdım, deyəsən” dedim. Gözlərin parıldayaraq mənə baxdın. Gecə bir gitara səsi ilə oyandım. Bir mahnı ifa etdin, ofsunlandım. Biz o mahnını bərabər ifa edib bitirənə kimi eşq mahnısı olduq. Bir-birimizin yaralarını öpən zaman can dostu olduq. Yaydığımız eşq enerjisi ilə ətrafımızda iqlim dəyişikliyinə səbəb olduq, bərabər əyləndik. Sonra bir nöqtədə sən məsumiyyətini itirdin. Mən də oyun dostumu, yol yoldaşımı…
Soruşurlar ki, nə vaxt boşanacaqsan? İnanmaq, bağlanmaq, bağışlamaq- bütün bu ağır bir dövrlə maraqlanan yoxdur. Boşanmaq işin ən rahat hissəsidir. Mən evliliyə də həvəssiz yanaşan tərəf idim. Mənim üçün əsas sevgidir, sevgi də olacaq. İnsanların sevgidən başa düşdükləri bir yastıqda qocalmaq, ya bərabər ölməkdir? Bilmirəm! Sən təbii ki, yeni mahnılar yazacaqsan. Artıq içimdə nə qəzəb, nə peşmanlıq var. Sən mənim gözümdən axan hər göz yaşına dəyər bir insansan. Yaxşı ki, sənə aşiq olmuşam”.



Son xəbərlər
Son Xəbərlər