Berenin sürücüsünə 5 milyonluq hədiyyə

berenin-surucusune-5-milyonluq-hediyye
Oxunma sayı: 3184

“Muhteşem yüz yıl: Kösem” serialını ərsəyə gətirən "Tims Productions" işçilərinə lotoreya biletləri hədiyyə edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni il münasibəti ilə verilən bilet Beren Saatın sürücüsünə də təqdim edilib.

Səlçuq adlı sürücü lotoreya oyunundan 5 milyon türk lirəsi qazanıb.

Məlumatı “Muhteşem yüz yıl: Kösem” serialının işçiləri Hüriyyet qəzetinə açıqlamalarında təsdiqləyiblər.

Səlçuqun Beren Saatın şəxsi sürücüsünün olmadığını, lakin aktrisanı hər zaman çəkiliş meydanına bu sürücünün gətirdiyi üçün belə məlumatın yayıldığını bildiriblər.