Berenin üzü, Kıvançın dodağından istəyirlər - Fotolar

berenin-uzu-kivancin-dodagindan-isteyirler
Oxunma sayı: 3069

Türkiyə seriallarının qəhrəmanlarına bənzəmək istəyənlər İstanbula axın edir.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa Plastik Cərrahiyyə Akademiyasının sədr müavini Fazil Apaydın maraqlı açıqlama verib.

O, plastik əməliyyat üçün Türkiyəyə gələnlərin serial qəhrəmanları kimi görünmək istədiyini bildirib.

“Əvvəl Hollivud ulduzları var idi, ancaq indi Türkiyədə keyfiyyətli serialla çəkilir. Orta şərq və İran körfəzi sahili ölkələri İstanbula axın edir. Avropa ölkələrindən gələnlər var, ancaq “Gümüş” və Aşk-ı memnu” serillarından sonra ərəblər Beren Saat və Kıvanç Tatlıtuğa bənzəmək istəyirlər”. 

Ege Sağlamlıq və Turizmi Dərnəyinin rəsmisi Zeki Hozer isə Beren Saatın ərəb ölkələrində daha çox sevildiyini söyləyib:

“Şərqdə türk serialları çox izlənilir. Məsələn, Qatar, Küveyt və Səudiyyə Ərəbistanından gələrək ona bənzəmək istəyirlər. Ən çox aktrisanın üz quruluşuna heyrandırlar. Kenan İmirzalıoğlunun burnunu və Kıvanç Tatlıtuğun dodaq quruluşuna sahib olmaq istəyirlər. Hər biri onların fotolarını gətirir, “eyni bunun kimi istəyirəm” deyirlər”.