Berenlə Kənanın ayrılıq xəbəri yayıldı

berenle-kenanin-ayriliq-xeberi-yayildi
Oxunma sayı: 2739

Türkiyənin iki məşhur siması- Beren Saat və Kənan Doğulunun ayrıldığı iddia edilib.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 

Qəzetlər yazır ki, Beren beş gün əvvəl evi tərk edib və bütün əşyalarını özüylə aparıb. 

Onların ayrılma səbəbi hələlik məlum deyil. Lakin  4 il əvvəl Los-Ancelesdə evlənən cütlüyün bir müddətdir ki, münasibətlərində problem yarandığı və boşanmaq barədə qərara gəldikləri qeyd edilir.