“Berg Energy” və “Bizon Energy” iki ay yaşlılara ərzaq yardımı edəcək - Video

“Berg Energy” və “Bizon Energy” iki ay yaşlılara ərzaq yardımı edəcək
Oxunma sayı: 1141

Berg Energy və Bizon Energy-nin birlikdə start verdikləri “Güc birlikdədir” layihəsi davam edir.

"Qafqazinfo" xəbər verir ki, layihə çərçivəsinddə 100-dən çox 65 yaşdan yuxarı, kimsəsiz və tənha insana iki ay müddətində ərzaq yardımı ediləcəkdir. Məqsəd yaşlı insanların evdə qalması və sağlamlığını qoruması üçün onları zəruri gündəlik tələbat məhsulları ilə təmin etməkdir.

Berg Energy və Bizon Energy komandası layihəni genişləndirmək, daha çox insana çatmaq məqsədi ilə “Güc Birlikdədir” feysbuk (facebook) səhifəsini yaradaraq onu platforma halına salmışdır. Səhifəyə hər gün yaşlı və kimsəsiz insanlar haqqında müraciətlər daxil olur. Bu məlumatlar yoxlanıldıqdan sonra ünvana ərzaq paketi çatdırılır və bu iki ay müddətində davamlı formada olacaqdır.

Məlumat üçün bildirək ki, artıq səhifə üzərindən digər insanlarda ərzaq səbətini təklif edərək ,ünvanlara daşınmasını təklif edirlər. Əgər sizin də ətrafınızda yaşı 65-dən çox, kimsəsiz və tənha insan varsa və ya layihəyə qoşulmaq istəyirsinizsə “Güc Birlikdədir” feysbuk səhifəsinə yazaraq məlumat verə bilərsiniz.

Gəlin əl-ələ verib bu çətin zamanda bir-birimizə dayaq olaq. Biz birlikdə güclüyük, biz birlikdə Azərbaycanıq!

Güc birlikdədir!

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi