Əri Cenifer Lopezə dözmədi - Fotolar

eri-cenifer-lopeze-dozmedi-fotolar
Oxunma sayı: 1098






Amerikalı müğənni və aktrisa Cenifer Lopes əri Mark Entoni ilə yeddi illik ailə həyatından sonra boşanır. Cütlüyün bu barədə bəyanatı “People” jurnalında dərc edilib.

“Bu qərarı vermək bizim üçün çox çətin oldu. Biz bütün məsələlər üzrə qarşılıqlı razılığa gəlmişik”, - bəyanatda deyilir.

Cenifer Lopes Mark Entoni ilə 2003-cü ildə aktyor Ben Affleklə boşandıqdan sonra görüşməyə başlayıb. Cütlük 2004-cü il iyunun 5-də ailə qurub. Mark Entoni bu nikahdan cəmi bir həftə əvvəl birinci həyat yoldaşından boşanmışdı.

2008-ci ildə Cenifer Lopesin iki övladı olub.

Qeyd edək ki, bir müddət əvvəl dünyanın ən seksual müğənnisi olan Cenifer Lopez çimərlikdə çəkdirdiyi kliplə ərini qısqandırmışdı. Müğənninin klipdəki tərəfmüqabili ilə aşırı dərəcədə yaxınlığı əri tərəfindən etirazla qarşılanmışdı.