Berlində başıbağlı qıza hücum olunub

berlinde-basibagli-qiza-hucum-olunub
Oxunma sayı: 691

Almaniyanın paytaxtı Berlində 17 yaşlı başıbağlı qız naməlum şəxslərin hücumunə məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Berlin polisindən məlumata görə, adı açıqlanmayan gənc qız Tempelhofer küçəsində başıbağlı olduğu üçün 3 nəfərin hücumuna məruz qalıb. Xəstəxanaya yerləşdirilən qızın yüngül xəsarət aldığı bildirilib.

Faktla bağlı polis araşdırmalara başlayıb.