Berlində erməni sürücü avtomobilini izdihamın üzərinə sürdü - 1 ölü, 8 yaralı

berlinde-ermeni-surucu-avtomobilini-izdihamin-uzerine-surdu
Oxunma sayı: 2140

Almaniyanın paytaxtı Berlində bir sürücü avtomobilini küçədə insanların üzərinə sürüb.

“Qafqazinfo” “RBB” radiostansiyasına istinadən xəbər verir ki, hadisə paytaxtın Şarlottenburq bölgəsində baş verib.

Xəbəri rus dilində oxuyun: “Её дядя сказал, что они могут бросить тело Нармин перед моей дверью”

Sürücü ilk olaraq avtomobillə küçədə bir qrup insanı vurduqdan sonra nəqliyyat vasitəsi mağazanın vitrininə çırpılıb. Ətrafdakı insanlar sürücünü saxlayaraq polisə təhvil verib.

Şəhər polisi hadisəni 29 yaşlı erməni əsilli bir gəncin törətdiyini açıqlayıb.

İlkin məlumata görə, insident nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər isə xəsarət alıb. Yaralılardan beşinin vəziyyəti kritikdir.