Berlində “Volkswagen” şirkətinin səhmdarlarının iclası zamanı insident yaşanıb.
“Qafqazinfo” “Frankfurter Allgemeine” qəzetinə istinadən xəbər verir ki, iclas zamanı ekoloji fəallar “Porsche AG” şirkətinin Müşahidə Şurasının sədri Volfqanq Porşenin üzərinə tort atmağa cəhd edib.
Həmçinin oxuyun: Во второй день Кубка мира по стрельбе турецкая команда оказалась в числе победителей - Фото
Hadisə “Porsche” rəsmisi Hans Hans Dieter Pötsch çıxış edərkən baş verib.
Fəallar iclasın keçirildiyi zalda müxtəlif şüarlar səsləndirib. Üst geyimini çıxaran aktivistlərdən birinin kürəyində “çirkli pullar” yazısını görmək mümkün olub.
Aktivistlər şirkəti həddindən artıq çox avtomobil satmaqda ittiham ediblər.
Qeyd edək ki, Volfqanq Porşe “Volkswagen” şirkətinin səhmlər paketinə sahibdir.
Son xəbərlər
Son Xəbərlər