Berlində “Zəfərə gedən 44 gün” adlı təntənəli tədbir - Fotolar

berlinde-zefere-geden-44-gun-adli-tenteneli-tedbir
Oxunma sayı: 997

Berlin şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən 44 gün” adlı təntənəli tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının (AAA) təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, AAA idarə heyətinin sədri Yaşar Musayev, sədr müavinləri Sevda Qəribova və Nuran Abdullayev, diaspor nümayəndəsi Zaur Spivak və başqaları çıxış ediblər.

Tədbirdə 44 günlük müharibə dövründə Azərbaycan diasporunun fəaliyyətini və diaspor nümayəndələrinin Şuşaya səfərlərini əks etdirən videoçarxlar nümayiş olunub.

Sonra azərbaycanlı sənətçilərin iştirakı ilə konsert olub. Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.