Berlindəki futbol məktəbi Rövnəq Abdullayevə məxsusdur?

berlindeki-futbol-mektebi-rovneq-abdullayeve-mexsusdur
Oxunma sayı: 829

 

“Qafqazinfo” “sportal.az” saytına istinadən xəbər verir ki, sonradan bu layihənin mövcud olması ilə bağlı heç bir məlumat olmadı.

 Bu məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Mikayıl bəy belə bir məktəbin mövcud olduğunu dedi:

 “Berlindəki futbol məktəbi o vaxtdan fəaliyyət göstərir”.

 Lakin Nərimanoğlu Berlindəki məktəbin fəaliyyətinin bu illər ərzində işıqlandırılmamasına heç bir izah vermədi. Təsəvvür edin ki, Berlindəki futbol məktəbində ölkəmizin ən böyük futbol akademiyaları sayılan “Bakı” və “Qəbələ”dən az qala 10 dəfə çox uşaq futbolla məşğul olur. AFFA-nın əməkdaşlarının ən əhəmiyyətsiz səfərləri barədə xəbərləri rəsmi saytda yerləşdirən qurum bu illər ərzində Berlindəki futbol məktəbi haqqında heç bir məlumat yerləşdirməyib. Axı, belə bir məktəb varsa, oraya xeyli miqdarda pul yatırılır.