Berluskoni evində yıxılaraq xəstəxanalıq oldu

berluskoni-evinde-yixilaraq-xestexanaliq-oldu
Oxunma sayı: 686

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Portofino şəhərindəki evində qəza keçirərək xəsarət alıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən xəbərinə görə, Berluskoninin ayağı xalçaya ilişdiyindən o yıxılıb və dodaqlarını əzib.

Milanda “Madonnina” klinikasına aparılan siyasətçiyə 3 tikiş qoyulub.

“Corriera della Sera” qəzetinin məlumatına görə, proseduru dünya şöhrətli plastik cərrah Renato Kalabria həyata keçirib.

Keçmiş baş naziri müalicə edən həkim Alberto Zanqrilyo jurnalistlərə açıqlamasında Berluskoninin səhhəti üçün təhlükənin olmadığını bildirib. 

Xatırladaq ki, S. Berluskoni 1994-1995, 2001-2006, 2008-2011-ci illərdə İtaliyanın baş naziri postunda olub.