Berluskoni Milanda xəstəxanaya yerləşdirildi

berluskoni-milanda-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 704

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Milan şəhərində xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun “Corriere della Sera” qəzetinə istinadən verdiyi xəbərə görə, 82 yaşlı Berluskoni hazırda “San-Raffaele” xəstəxanasında müalicə olunur.

Məlumata görə, o, 2016-cı ilin iyununda sözügedən xəstəxanada açıq ürək əməliyyatı keçirib.

Eks-baş nazirin xəstəxanaya hansı səbəbdən aparılması barədə rəsmi məlumat verilmir. Ona yaxın mənbələrin sözlərinə görə, Berluskoni xroniki böyrək çatışmazlığından əziyyət çəkir.