“Milan”ın prezidenti Silvio Berluskoni klubu Çin şirkətinə satıb.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə 1986-cı ildən klubun səhmlərinin sahibi olan, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailə şirkəti “Fininvest”in yaydığı açıqlamada bildirilir.
““Milan”ın səhmlərinin 99.93 faizi “Rossoneri Sport Investment Lux” şirkətinə təhvil verilib”, - deyə açıqlamada vurğulanıb.
Klubun yeni sahibi Li Yonqhonq “Berluskoni və “Fininvest”ə bizə olan inamları, tərəfdarlara da etdikləri səbrə görə təşəkkür edirəm. Bugündən etibarən gələcəyi inşa edəcəyik” deyə bildirib.
Son xəbərlər
Son Xəbərlər