Berluskoni selfi zamanı yıxılıb xəstəxanalıq oldu

Berluskoni selfi zamanı yıxılıb xəstəxanalıq oldu
Oxunma sayı: 1144

İtaliyanın keçmiş Baş Naziri Silvio Berluskoni Zaqrebdə Avropa Xalq Partiyasının konqresi zamanı  yıxılıb və xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 83 yaşlı Berluskoni onunla selfi çəkdirmək üçün insanların sıxlıq yaratması səbəbindən yıxılıb. Keçmiş Baş Nazirin omba, körpücük sümüklərinin sındığı xəbərləri yayılsa da, Berluskonin qərargahından verilən açıqlamada məlumat təkzib olunub.

Siyasətçinin yüngül zədələr aldığı qeyd edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi