İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli, İtaliya” partiyası Avropa Parlamentində təmsil olunacaq.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə keçirilən səsvermə zamanı Berluskoninin partiyası 557 min seçici səsi toplayıb. Bununla da o, partiyanın ən populyar namizədi olub. Eks-baş nazir 5 seçki dairəsinin 4-də namizədliyini irəli sürmüş partiya həmkarları arasında birinci nəticəni göstərib.
5-ci seçki dairəsində Berluskoninin müavini Antonio Tayani üstünlük qazanıb.
Son xəbərlər
Son Xəbərlər