Berluskoninin dəfn mərasimindən - Fotolar

berluskoninin-defn-merasiminden
Oxunma sayı: 5694

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin Milanda dəfn mərasimi baş tutub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dəfndə iştirak etmək üçün minlərlə insan Milan küçələrinə axışıb.

Dəfndən görüntüləri təqdim edirik:

Qeyd edək ki, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni 87 yaşında dünyasını dəyişib. O, Milanda “San-Raffaele” klinikasında vəfat edib. 

Xatırladaq ki, italiyalı siyasətçi aprelin 5-i xəstəxanaya yerləşdirilmiş və orada pnevmoniyadan müalicə almışdı. O, mayın 19-u evə buraxılmışdı.

Berluskoni 1994-1995, 2001-2006 və 2008-2011-ci illərdə İtaliyanın Baş naziri olub.