Berluskoninin qızı futbolçu ilə evlənir - Fotolar

berluskoninin-qizi-futbolcu-ile-evlenir-fotolar
Oxunma sayı: 683

“Qafqazinfo”nun məlumatına görə, klubun idarə heyətində yer alan Barbara münasibətlərinin ciddi olduğunu bildirib. AC Milanın sahibi olan baş nazirin 27 yaşlı qızı “Vanity Fair” jurnalına verdiyi müsahibəsində 10 ildir birgə yaşadığı, iki uşağının atası olan Giergio Valaguzza ilə ayrıldıqdan dərhal sonra Pato ilə olan əlaqələrini belə izah edib: “Yeni bir sevgiyə hazır deyildim. Pato ilə sevgimiz ötəri bir şey deyil. Sevmədiyim bir adamla əsla bir yerdə ola bilmərəm. Onunla münasibətlərimiz ciddidir”. Barbaranın qardaşı Piersilvionun artıq ailədən biri olduğu üçün Patonun başqa klublara satılmayacağı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib: “Bütün oyunçular satıla bilər. Pato onlardan fərqli deyil”.

Səidə