“İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin dəfn mərasimi günü ölkədə milli matəm elan ediləcək”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İtaliya hakimiyyəti qərar verib.
Qeyd edək ki, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni 87 yaşında dünyasını dəyişib. O, Milanda “San-Raffaele” klinikasında vəfat edib.
Xatırladaq ki, italiyalı siyasətçi aprelin 5-i xəstəxanaya yerləşdirilmiş və orada pnevmoniyadan müalicə almışdı. O, mayın 19-u evə buraxılmışdı.
Berluskoni 1994-1995, 2001-2006 və 2008-2011-ci illərdə İtaliyanın Baş naziri olub.
Son xəbərlər
Son Xəbərlər