Erməni müğənnilər Azərbaycana qarşı birləşdilər

ermeni-mugenniler-azerbaycana-qarsi-birlesdiler
Oxunma sayı: 672

Ermənistanın bir qrup müğənnisi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina etdikləri barədə bəyanat veriblər. ANS PRESS-in erməni KİV-inə istinadən verdiyi məlumata görə, bəyanat Ermənistanın ictimai televiziyasına və Avropa Yayım İttifaqına ünvanlanıb.

Bəyanatda deyilir ki, fevralın 23-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində fevralın 23-də 20 yaşlı erməni əsgəri Albert Adibekyan öldürülüb. Müğənnilər bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ölkələr dəfələrlə təmas xəttindən snayperlərin geri çəkilməsinə dəfələrlə çağırış ediblər: “Erməni tərəfi hər zaman bəyan edib ki, bu addıma hazırdır. Görünür, Azərbaycan bu təklifi qəbul etmir və istənilən bəhanədən erməni qanı axıtmaq üçün istifadə edir. Biz bəyan edirik ki, Bakıdakı “Eurovision” müsabiqəsində iştirakla bağlı ciddi narahatlıqlarımız var”.
Müğənnilər bildirirlər ki, “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina edirlər. Onlar bəyan edirlər ki, Azərbaycanda ermənilərə qarşı nifrət mövcuddur. Siyasi yükü daha çox olan bəyanatda o da deyilir ki, başqa ölkələrin vətəndaşları olan ermənilərin də Azərbaycana daxil olmasına imkan verilmir. Guya, Ermənistan nümayəndə heyətinin hər bir üzvünü 2004-cü ildə Budapeştdə Ramil Səfərov tərəfindən qətlə yetirilmiş Qurgen Markaryanın aqibəti gözləyə bilər.

Müğənnilər Ermənistanın ictimai televiziyasını Bakıdakı müsabiqəyə təmsilçi göndərməməyə çağırırlar. Bu azmış kimi, onlar iştirakları üçün Avropa Yayım İttifaqı qarşısında müsabiqənin yerinin dəyişdirilməsi şərtini irəli sürürlər.
Bəyanatın hansı müğənnilər tərəfindən imzalandığı açıqlanmayıb.