Erməni qızı Bakıda “Ləziz hisslər” təqdim edəcək - Fotosessiya

ermeni-qizi-bakida-leziz-hissler-teqdim-edecek-fotosessiya
Oxunma sayı: 680

Ermənistanı bu il Bakıda keçiriləcək “Avrovizion” müsabiqəsində təmsil etməyə ən iddialı namizədlərdən hesab olunan Lusiya Mun erməni saytlarından birinə müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, Ermənistanın İctimai televiziyası son qərarını martın 18-də açıqlasa da bir çoxları hazırda Los Ancelosda yaşayan keçmiş Bakı sakini Lusiya Munun müsabiqədə təmsil olunacağı versiyasının üzərində dayanır. Müsahibəni ixtisarla təqdim edirik:

- Müsabiqəyə hansı mahnını göndərmisiniz? Sizcə komissiya niyə məhz sizi seçməlidir?

- Mənim təqdim etdiyim mahnı “Ləziz hisslər” adlanır. Ümid edirəm ki, onlar məhz mənim mahnımı gücünə və məna yükünə görə seçəcəklər.

- Siz niyə görə Ermənistanı “Avrovizion”da təmsil etmək istəyirsiniz?

- Mənim vətənim Ermənistana və ermənilərə olan sevgimdən başqa namizədliyimi irəli sürmək üçün bir çox səbəblərim var. Mən 1988-ci ildə ölkəni tərk etmək məcburiyyətində qalan keçmiş Bakı sakini olan erməniyəm. Mənim Ermənistanı təmsil etmək üçün uyğun mahnım var. Mən nəinki müğənniyəm, həm də mahnının müəllifiyəm. Psixoloji, texniki və ruhi cəhətdən bu missiyanı üzərimə götürməyə hazıram. Ermənistanı Azərbaycanda təmsil etməklə mən bütün dünyaya göstərəcəyəm ki, musiqiyə nəzarət olmamalıdır, siyasi xadimlər tərəfindən təhdid hədəfi olmamalıdır.
Mənim iştirakım Azərbaycan və Ermənistana imkan verəcək ki, birlikdə susub qulaq assınlar ki, qaçqın olmağa məcbur olan erməni əsilli keçmiş Bakı sakini üç dəqiqəlik mahnısında nə demək istəyir. Digər səbəblər isə hadisələrin gələcək gedişində ola bilsin ki, açılacaq.

Sizin Ermənistanı təmsil etməyinizlə bağlı kimsə sizə söz yaxud zəmanət verib?

- Heç kim mənim iştirakıma zəmanət verməyib, hələ üstəlik məni seçəcəklərinə. Mən əminəm ki, vətənim Ermənistanı Azərbaycanda təmsil etmək üçün nə lazımdırsa hər şeyə sahibəm.

Əgər siz Ermənistanı Bakıda təmsil etsəniz qələbə üçün nə edəcəksiniz? Erməni tamaşaçıları səndən nə gözləməlidirlər?

- Mən qələbə üçün oxuyacağam, ehtirasla, səmimi və sevgidən oxuyacağam. Mən mahnını dərk edərək ona bütün gücümü qoyacağam. Məncə erməni auditoriyasının əsas gözləntisi öz təmsilçisinin formal qələbəsidir. Ancaq qələbəyə deyil, həm də bütün dünyaya öz mesajımı çatdırmaq üçün özümü toplayacağam. İstəyirəm ki, hər kəs görsün ki, 3 dəqiqə də sevgi nələrə qadirdir.

Səidə