Erməni şahmatçı Bakıya gəlməkdən imtina etdi

ermeni-sahmatci-bakiya-gelmekden-imtina-etdi
Oxunma sayı: 672

Erməni şahmatçı Levon Aronyan Bakıda keçiriləcək yarışmada iştirak etməkdən imtina edib.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, Aronyan Dünya Şahmat Federasiyasına (FİDE) göndərdiyi məktubunda belə bir qərar qəbul etməsinin səbəblərini də açıqlayıb: “Mən mətbuatdan öyrəndim ki, Azərbaycan və Bolqarıstanın şahmat federasiya dünya birinciliyinə iddiaçıların yarışının keçirilməsinə ərizə təqdim ediblər. Sizə bildirmək istəyirəm ki, Azərbaycanda hökm sürən atmosfer və bizim ölkələrimizin arasında mövcud olan daimi gərginlik Azərbaycanda keçiriləcək hətta belə bir nüfuzlu yarışda da mənim iştirakımı mümkünsüz edir. Dünya çempionu rütbəsinə iddiaçıların yarışı kimi belə bir məsuliyyətli və mühüm tədbir iştirakçılardan ruhi sakitlik və güclərin xüsusi konsentrasiyasını tələb edir. Şahmat istisna olmaqla, digər heç bir şərait şahmatçıya bacarığını göstərməyə mane olmamalıdır. Əlverişli psixoloji atmosfer mütləq lazımdır, təəssüf ki, hazırda Azərbaycanda heç bir erməni üçün bu mövcud deyil. Təhlükəsizliyin və istənilən başqa əlavə dəstəyin zəmanətləri bu vəziyyətdə kömək edə bilmir”.

Qrossmeyster FİDE rəhbərliyinə göndərdiyi məktubda sadaladığı səbəblər üzündən Azərbaycanda iştirak edə bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası bu günlərdə FİDE –yə rəsmi şəkildə bu ilin payızında iddiaçıların yarışının keçirilməsi üçün ərizə göndərmişdi.


Səidə