Ermənilər bizim filmlərə etiraz edir-Fotolar

ermeniler-bizim-filmlere-etiraz-edir-fotolar
Oxunma sayı: 642

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, Gümrüdə keçirilən etiraz aksiyası bu gün şəhərin klublarından birində keçirilməsi nəzərdə tutulan Azərbaycan filmlərinin nümayişinə mane olmaq məqsədi daşıyıb. Aksiyanın təşəbbüskarı isə Gümrüdə 34 nömrəli mojaritar seçki dairəsindən öz namizədliyini irəli sürən “Şirak” futbol klubunun sahibi Arman Saakyandır. Aksiyanın gedişində çıxış edən şəhər meri Vardan Qukasyan bu işin təşəbbüskarlarını (Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi) qınayıb: “Mən inanmıram ki, onlar erməni xalqındandır, onların qanında düşmən qanı axır. Belə insanlara Gümrüdə yer olmamalıdır”.

Sonda isə aprelin 12-si saat 11.00-da filmlərin nümayiş olunacağı klubun qarşısında piket keçirmək və binaya festival iştirakçılarının daxil olmasına qadağa qoymaq qərar alınıb.


Səidə