Ermənistan “Dağlıq Qarabağ Respublikası”na yox dedi

<b>Ermənistan “Dağlıq Qarabağ Respublikası”na yox dedi </b>
Oxunma sayı: 411

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan hökumətinin bu gün keçirilən iclasında “İrs” fraksiyasının üzvü, millət vəkili Zarui Postandjyanın təqdim etdiyi “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi qəbul edilməyib. Bu barədə xarici işlər nazirinin müavini Şavaş Köçəryan bildiirb.

Onun sözlərinə görə, Ermənistan hökuməti indiki mərhələdə Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyinin tanınmasına dair təqdim olunmuş qanun layihəsinin müzakirəsi və qəbulunu məqsədyönlü saymır.

Aynur


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi