Ermənistan regionun ən sülhsevər ölkəsi seçildi - Paradoks

ermenistan-regionun-en-sulhsever-olkesi-secildi-paradoks
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, Suriyadakı gərgin vəziyyətə və Avropadakı ictimai iğtişaşlara baxmayaraq, ötən il dünyada daha çox sakitlik olduğu deyilib. İndeksdə göstərilir ki, dünya ölkələri sırasında yaxşılaşma Afrika ölkələrində də müşahidə olunub. İlk dəfə olaraq Saxara səhrasına yaxın yerləşən Afrika ölkələri ən qarışıq ölkə statusunu Orta Şərqə və Şimali Afrikaya güzəştə gediblər.

Reytinqin tərtib edilməsi üçün 158 ölkədə araşdırma aparılıb. Həmin ölkələrdə ilk olaraq ictimai qarışıqlıqlar, hərbi xərclər, qonşu ölkələrlə hərbi münaqişələr və əlaqələr nəzərə alınıb. Orta Şərq istisna olmaqla bütün digər regionlarda sülh sahəsində inkişaf qeydə alınıb. Dünyanın ən təhlükəli yeri isə artıq iki ildir ki, Somali seçilir. Avropada ən pis nəticə 77-ci yerdə olan Yunanıstana məxsusdur. İslandiya isə dünyanın ən “dinc” ölkəsi olaraq iki il bu mövqeni qoruyub saxlaya bilib.

Qonşu ölkələrə gəlincə, Rusiya 153-cü yerdə, İran 128, Azərbaycan 132, Gürcüstan 141, Türkiyə 130-cu yerdə, Ermənistan isə regionun ən sülhsevər ölkəsi olaraq 115-ci yerdə qərarlaşıb.