Ermənistana silahı kim satıb?

ermenistana-silahi-kim-satib
Oxunma sayı: 695



Məlum olub ki, Ermənistana gizli satılan sılah-sursat arasında Moldova Milli Ordusunun ixtiyarında olan ən bahalı silah növləri daxildir. Söhbət “Kobra” raketlərinin 9B862, 9B863 tipli nəzarət-yoxlama kompleksləri, habelə “Konkurs-M” tank əleyhinə raket komplekslərinə aid 9B871-3 qurğusundan gedir. Onların hər birinin bazar qiyməti 60 min dollardan çoxdur.

Eyni zamanda Ermənistana satılan silahlar arasında minlərlə “Faqot”, “Konkurs”, “Şturm” və “Metis” tipli raketlər olub. Təkcə bu raketlərinin bazar qiyməti 5 milyon dollardan çoxdur.

Xatırladaq ki, bir həftə öncə Moldovanın Ermənistanla gizli silah sövdələşməsinin üstü açılıb. Ölkənin müdafiə naziri Vitaliy Marinusa yerli parlamentdə dinləmələr zamanı silah alveri faktını təsdiq edib. Silahların iri yük təyyarəsi ilə Kişinyovdan İrəvana çatdırıldığı iddia edilir. Moldova hökuməti bəyan edib ki, hərbi texnika satışından xəbəri olmayıb. Amma hərbçilər bildirib ki, hökumətin təlimatı ilə hərəkət ediblər.

Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Bu səbəbdən Moldova prezidentinin səlahiyyətlərini icra edən Marian Lupu imzaladığı fərmanla ölkə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Yuri Dominici tutduğu vəzifədən azad edib.

Öz növbəsində rəsmi Bakı məsələyə sərt reaksiya verib. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Ermənistana hücum silahı satan dövlətlər böyük səhv buraxıblar.

ANSPress