Ermənistandan Azərbaycana qarşı şok “Avrovizion - 2012” - təxribatı

ermenistandan-azerbaycana-qarsi-sok-avrovizion-2012-texribati-
Oxunma sayı: 656




Ermənistan “Avrovizion” mahnı müsabiqəsi öncəsi Azərbaycana qarşı görünməmiş təxribat planı hazırlayır. Ermənilərin təxribat hazırlıqları barədə “Qafqazinfo”ya eksklüziv məlumatlar daxil olub. Məlumata görə, müxtəlif ölkələrdə yaşayan yüzlərlə erməni jurnalist müsabiqəyə qatılmaq üçünan müxtəlif KİV-in adından qeydiyyatdan keçirlər. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan və media orqanlarında çaslışan erməni jurnalistlər, həm də jurnalist olmayan ermənilər var. Ermənilər həmin KİV-lərin təmsilçilər kimi Azərbaycana gəlmək, müsabiqə müddətində burada olmaq və qayıtdıqdan sonra isə dünya mediasında ölkəmiz əleyhinə qeyri-obyektiv məlumatlar yaymaq niyyətindədirlər. Artıq sözügedən məqsədlə bir qrup erməni qeydiyyatdan keçib. Bu ilk baxışda sadə və qeyr-adi görünməyə bilər. Çünki beynəlxalq bir yarışmada hər bir kəsin iştirak hüququ var və şərtlərə görə iştirakçıların təhlükəsizliyini Azərbaycan dövləti öz üzərinə götürür.

Lakin burada bir sıra ciddi narahatlıq doğuran məqamlar da var. Bu ilk növbədə Azərbaycanın Ermənistanla müharibə şəraitində olması və cəbhədəki daim gərgin olaraq davam edən vəziyyətlə bağlıdır. Məlum olduğu kimi Azərbaycan və Ermənistanın hətta rəsmi şəxslərinin iştirak etdiyi tədbirlərdə belə tez-tez qarşıdurmalar, mübahisələr yaşanır. Belə olan halda bir musiqi yarışmasında, əyləncədə iştirak edən iki ölkənin sadə vətəndaşları arasında hansısa xoşagəlməz olayın yaşanmayacağına kim təminat verə bilər? Ola bilsin ki, ermənilər məhz Bakıda müxtəlif yollarla iştirak etmək və qarışıqlıq yaratmaqla həm də Azərbaycanın imicinə zərbə vurmaq niyyəti güdürlər. Onlar həm müsabiqədə qarışıqlıq yaratmaq, həm də qayıtdıqdan sonra ölkənin əleyhinə şər-böhtan kampaniyaları aparmaq niyyətindədirlər.

Digər tərəfdən də müsabiqədə iştirakdan rəsmən imtina edən ermənilərin ölkəmizə səfəri baş tutacağı təqdirdə onların təhlükəsizliyinə kim təminat verə bilər?

Azərbaycan Ermənistanın müsabiqədə iştirak edəcəyi halda qarşı tərəfin təhlükəsizliyinə tam təminat vermişdi.

Qeyd edək ki, bir müddət əvvəl erməni müğənnilər Bakıda təşkil olunacaq
“Avrovizion”da iştirak etməyəcəklərinə dair birgə bəyanata vermişdilər.


Səidə