Berna status yazdı, Türkiyə etiraz etdi

berna-status-yazdi-turkiye-etiraz-etdi
Oxunma sayı: 2560

Türkiyəli aktrisa-aparıcı Berna Laçının tviti qalmaqala səbəb olub.  “Qafqazinfo” xəbər verir ki, məşhur sima ötən gün Türkiyədə aktual olan edam cəzası barədə paylaşım edib. 

“Edam çıxış yolu olsaydı, Mədinə torpaqları təcavüzdə rekord qırmazdı. Məni danışdırmayın! Psixoloqlar, hüquqşunaslar və başqa şəxslər,çarə tapmağı kənara atın. Dövlət tribunadan gələn səslərlə cəmiyyəti inşa edə bilməz” deyə aparıcı yazıb. 

Beranın bu tviti sosial şəbəkələrdə müzakirə olunub, o, sərt bir şəkildə tənqid edilib.  Hətta, müğənni Alişan da Bernaya öz etirazını bildirib:

“Məncə gedib Mədinə torpaqlarını görsün. Berna xanım, orada Peyğəmbərimiz yatır. Bir çox yerlər var ki, orada cinayət və təcavüz hər dəqiqə artır. Sizin müqayisəniz Peyğəmbərimizin yatdığı yerə təhqir deməkdir”. 

B. Laçın isə instaqramda onu müzakirə edənlərə cavab verib:“İnsanlar dediklərimi ağızdan ağıza gətirərək İslam dininə calayıblar. Dinlə bağlı heç nə deməmişəm. Mədinə deyən zaman məsələni niyə ərəb şəhərinə yox, müqəddəs bir məkana bağlayırsız?  Sakitləşin. Müqəddəs şəxslər ayrı, şəhərlər isə ayrı mövzudur. İslam dinindən danışırsız, eyni zamanda söyüş də söyürsüz. Bu necə müsəlmanlıqdır? İsveçlə bağlı nəsə yazsam, xristiyanlara söz atmış oluram? Hər sözü dinə bağlamayın”.