“Berqa” “İlin ən yaxşı çay markası” mükafatını qazandı - Fotolar

berqa-ilin-en-yaxsi-cay-markasi-mukafatini-qazandi
Oxunma sayı: 2271

Bakıda Türkiyənin məşhur “Golden Palm Awards” layihəsinin 8-ci qala gecəsi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, “Berqa” brendinin də dəstəkçisi olduğu “Golden Palm Awards”ın mükafatlandırma gecəsində millət vəkilləri, diplomatik korpusun nümayəndələri, incəsənət, idman və cəmiyyətin müxtəlif sahələrindən olan insanlar mükafatlandırılıb.

“Berqa” markası “İlin ən yaxşı çay markası” adına layiq görülüb.

Qeyd edək ki, “Berqa” ölkənin premium çay markası olaraq insanları hər zaman yeni məhsulları ilə sevindirməyə davam edir. Yeni 100% təbii  meyvə dilimli  “Xəyal et” şüarı ilə “Dream”, “Hiss et” şüarı ilə “Enjoy” və “Həzz al” şüarı “Feel” çeşidləri ilə yeni dadlar təqdim olunub. Əsas məqsəd “Berqa” çayı ilə insanların əhvalını dəyişdirmək və onlara xoş əhval bəxş etməkdir.