“Berqa” silsilə konsertləri ilə əhvalınızı xoş etməyə davam edir

berqa-silsile-konsertleri-ile-ehvalinizi-xos-etmeye-davam-edir
Oxunma sayı: 1198

Bu həftəsonu da “Berqa” konset proqramı ilə xoş anlar yaşadacaq.

Ənənəyə sadiq qalaraq 13 və 14 iyul tarixində saat 19:30-da Dənizkənarı Milli Parkda “Park Bulvar”ın qarşısında konsert keçiriləcək.

“Xoş əhval” adı ilə keçirilən silsilə konsertlərdə tanınmış müğənnilər Emil Bədəlov, İzzət Bağırov, İlkin Dövlətov və Xuraman Şuşalı sevilən mahnıları ilə çıxış edəcəklər. Tədbirin aparıcısı isə Kazım Sübhandır.

Bununla yanaşı müxtəlif hədiyyəli müsabiqələr də təşkil olunacaq.

Hər kəsi “Xoş əhval” konsertlərinə dəvət edirik! Gəlin, birlikdə xoş əhval yaşayaq! “Berqa əhvalınızı dəyişdirəcək”!

Konsertlərlə bağlı ətraflı məlumat əldə etmək üçün “Berqa” çayının instaqram səhifəsini izləyə bilərsiniz.