Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts yenidən ölkəmizə gələcək.
“Qafqazinfo” xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində paytaxtımızda keçiriləcək Azərbaycan - Almaniya matçını izləyənlər arasında olacaq.
Məsələ burasındadı ki, Foqts qarşılaşmanı canlı yayımlayacaq RTL telekanalında Almaniya yığmasının sabiq üzvü Yens Lemmanla birgə mütəxəssis kimi çıxış edəcək.
Qeyd edək ki, sözügedən oyun martın 26-da Tofiq Bəhramov adına Respublika stadionuna baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər