“Berti Foqts üzr istədi”

berti-foqts-uzr-istedi-
Oxunma sayı: 646

“Qafqazinfo” Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl ONill deyib.

43 yaşlı çalışdırıcı bildirib ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts oyundan sonra ondan üzr istəyib. ONill matçın idarəçiliyindən də narazılığını gizlətməyib: “Azərbaycanlılar hesabı açdıqdan sonra biz oyunda tamamilə üstünlüyə yiyələndik. Bu üzdən qələbə qazanmalı idik. Foqts qarşılaşma başa çatdıqdan sonra futbolçularının meydanda vaxt aparmasına görə məndən üzr istədi. Oyun ərzində dəfələrlə məşqçilər narazılıqlarını bildirmək üçün meydançaya yaxınlaşırdı. Məncə, baş hakim oyuna nəzarət edə bilmirdi və bu matça daha yaxşı hazırlaşmalı idi”.