“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, 68 yaşlı almaniyalı ABŞ millisinin texniki məsləhətçi vəzifəsinə təyin olunub. ABŞ-ın baş məşqçisi
Yurgen Klinsman bu təyinatla bağlı açıqlama verib:
“Bertinin dünya çempionatında bizimlə olması əla təcrübə idi. Onun bilik və təcrübəsi bizim üçün böyük sərvətdi”.
Qeyd edək ki, 2008-14-cü illər arası Azərbaycan millisini çalışdıran Foqts 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı zamanı ABŞ yığmasında da müşavir vəzifəsində çalışıb.